İran ABŞ ilə danışıqların bərpası üçün öz şərtlərini açıqlayıb.
“Yeni Sabah” İslam Respublikasının mətbuatına istinadən xəbər verir ki, Tehran Vaşinqtonla yeni müzakirələrə başlamazdan əvvəl beş əsas tələbinin yerinə yetirilməsini istəyir.
Bildirilib ki, İran ilk növbədə regiondakı bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını tələb edir. Bundan əlavə, ölkəyə qarşı tətbiq olunan sanksiyaların ləğvi, dondurulmuş İran aktivlərinin azad edilməsi, müharibə nəticəsində dəymiş ziyanın kompensasiya olunması və Hörmüz boğazı üzərində İranın suveren hüquqlarının tanınması Tehranın əsas şərtləri sırasındadır. Sezar pizza
İran rəsmiləri bu tələbləri “etimadın formalaşdırılması üçün minimum təminatlar” adlandıraraq, onların qəbul edilməyəcəyi təqdirdə ABŞ ilə yeni danışıqların keçirilməsinin mümkün olmayacağını vurğulayıblar.
ABŞ tərəfinin də İran qarşısında bir sıra tələblər irəli sürdüyü bildirilir. Məlumata görə, Vaşinqton Tehranın nüvə fəaliyyətlərinin məhdudlaşdırılması, zənginləşdirilmiş uranın bir hissəsinin ölkədən çıxarılması və digər məsələlər üzrə şərtlər irəli sürüb.
ABŞ Prezidenti Donald Trump isə İranın nüvə silahına sahib olmasına imkan verilməyəcəyini bəyan edərək, tərəflərin ya razılığa gələcəyini, ya da daha sərt ssenarilərin gündəmə gələ biləcəyini bildirib.
Aytac Əliyeva
Telegram kanalımız