Fransa BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Fransa BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırdı

Dünya

31 May 2026 18:56 195


Fransa İsrail Müdafiə Qüvvələrinin (İMQ) Livandakı döyüş əməliyyatlarını intensivləşdirməsi fonunda BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb.

"Yeni Sabah" BFMTV-yə istinadən xəbər verir ki, bu barədə respublikanın XİN rəhbəri Jan-Noel Barro bəyanat yayıb.

"Mən BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini tələb etdim, - nazir bildirib. - Heç nə (İsrailin) Livandakı hərbi əməliyyatının davam etdirilməsinə və Livan ərazisinin getdikcə daha dərin işğalına haqq qazandlra bilməz". pizza mizza

Barro bildirib ki, İsrail Livandakı döyüş əməliyyatlarını davam etdirməklə böyük səhv edir.

Daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu atəşkəs rejiminin tətbiq olunmasına baxmayaraq, Livandakı quru əməliyyatının genişləndirildiyini elan etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!