Bakının Səbail rayonunda vətəndaşlardan birinin içərisində 220 manat və bank kartı olan pul kisəsi oğurlanıb.
Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı N.İslamov saxlanılıb. Araşdırmalarla onun sürücüsü olduğu avtobusa sərnişin qismində əyləşən zərərçəkənin pul kisəsini taladığı və sonradan bank kartı ilə alış-veriş etdiyi də məlum olub. pizza mizza
Paytaxt ərazisində keçirilən digər tədbir nəticəsində isə vətəndaşların birinin bank kartından oğurluq etməkdə şübhəli bilinən 27 yaşlı T.Quliyev də müəyyən olunaraq saxlanılıb.
Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.
Telegram kanalımız