Arayik Arutyunyanın son “fərmanları” qondarma rejimin "Təhlükəsizlik Şurasının sabiq katibi" Samvel Babayanın planlarının qarşısını almaq üçün verilib.
Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Xatırladaq ki, cümə günü separatçı rejimin “rəhbəri” A.Arutyunyan Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi istisna olmaqla, bütün növ toplantıları qadağan edən hərbi vəziyyətlə bağlı əlavə məhdudiyyətlər tətbiq edib. Sezar pizza
Erməni nəşri iddia edir ki, qondarma qurumun müvafiq orqanlarına Babayanın Qarabağda etiraz aksiyalarına sövq etmək, “dövlət idarələri”nin girişlərini bağlamaq və Xankəndidə 2018-ci ilin inqilabi ssenarisini təkrarlamaq niyyətində olduğu barədə operativ məlumat daxil olub.
Qəzetin Qarabağdakı mənbələrinin bildirdiyinə görə, bu addımlar Rusiya sülhməramlılarının məsləhəti ilə atılıb.
Telegram kanalımız