Şərurda evlərdən oğurluq edənlər saxlanıldılar

saytların hazırlanması

Evə çatdırılma

Şərurda evlərdən oğurluq edənlər saxlanıldılar

Kriminal

01 Dekabr 2025 18:08 818


Naxçıvan Muxtar Respublikası (MR) Şərur rayonunda evlərdən oğurluq edən şəxslər saxlanılıb.

"Report"un yerli bürosu xəbər verir ki, Şərur rayonunun Tumaslı kəndində yaşayan şəxs polisə müraciət edərək ona məxsus evdən 300 manat dəyərində qızıl-zinət əşyasının və 310 manat pulun naməlum şəraitdə oğurlanmasını bildirib.

Şərur Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Ülvi Tağıyev müəyyən edilərək saxlanılıb. Dominos pizza

Araşdırmalarla Ü.Tağıyevin rayon ərazisində yerləşən digər bir evdən ayrı-ayrı vaxtlarda ümumilikdə 3000 manat dəyərində qızıl-zinət əşyası və 50 manat pul vəsaiti oğurlaması da məlum olub.

İdarə əməkdaşları tərəfindən keçirilən digər tədbirlə isə rayon ərazisindəki evlərin birindən 430 manat nağd pul oğurlamaqda şübhəli bilinən Y.Sadiqov saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!