Bu günlərdə sosial şəbəkələrdə və online mediada var-dövlətinin siyahısı yayılan Lerik rayonunun deputatı İqbal Məmmədov ordenlə təltif olunub.
“Yeni Sabah” xəbər verir ki, Milli Məclisdə Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın qərarına əsasən deputata təşkilatın “Birlik” ordeni təqdim olunub. Onunla bərabər digər deputatlar - Rauf Əliyev, Xanlar Fətiyev, Rüfət Quliyev, Malik Həsənov, Mirkazım Kazımov və Rasim Musabəyov da təltif ediliblər. “Belə bir mükafata layiq görülməyim ilə bağlı verilmiş qərara görə öz minnətdarlığımı bildirirəm. Bu, MDB Parlamentlərarası Assmableyada Azərbaycan nümayəndə heyətinin fəaliyyətinə verilən yüksək qiymətdir” deyə İ. Məmmədov qeyd edib.
Xatırladaq ki, bu günlərdə İ. Məmmədovun sahib olduğu iddia edilən sərvətlərin siyahısı yayılıb. Milli Məclisin 78 saylı Lerik seçki dairəsindən seçilmiş deputatın aşağıdakı sərvətlərə və biznesə sahib olduğu deyilir: pizza hut
1. "Kaspi Yıldız" şirkətlər qrupu (otellər, restoranlar),
2. "Relax" şirkətlər qrupu (Lerikdə "Relax" İstirahət Mərkəzi də bura daxildir),
3. Şamaxı rayonu Göylər kəndinin yaxınlığında ferma,
4. Şamaxı rayonunda mal-qara və əkin-biçin təyinatlı hektarlarla torpaq sahəsi,
5. Lerik rayon sakini Eldəniz Quliyevin əlindən zorla aldığı 60 sot torpaq,
6. Türkiyədə İstanbul və Ankara şəhərlərində 1 villa, 2 mənzil (oğlu Mirhəmid Məmmədov da Türkiyədə təhsil alır),
7. Xətai rayonu Fəzail Bayramov 11/56 ünvanında 3 mənzil,
8. Yanğınsöndürmə balonlarının biznesi ("Azərtürkmm" şirkəti),
9. Tibbi yardım çantalarının ("apteçka") biznesi (Azərtürkmm" şirkəti),
10. Lerik rayonunda donuz ferması,
11. Lerik rayonunda dəvəquşu ferması,
12. "Piran broyler" şirkəti (qardaşı Çingiz idarə edir),
13. Piran kənində şebel və kərpic fabrikləri,
14. Şüvəlan və Novxanıda villa,
15. Şəhərin müxtəlif ərazilərində yeni tikilmiş binada mənzillər,
16. Ukrayna, Belarusiya və Rusiyada ticarət obyektkləri və mənzillər,
17. İngiltərə, İsveçrə, Çexiyada mənzillər,
18. Lerik rayonunda villalar və sairə.
Telegram kanalımız