“Səsvermə günü kimsə ölsə, məlumatımız olacaq” - Məzahir Pənahov

saytların hazırlanması

Evə çatdırılma

“Səsvermə günü kimsə ölsə, məlumatımız olacaq” - Məzahir Pənahov

Siyasət

16 Dekabr 2023 17:19 621


“Ədliyyə Nazirliyi tərəfindən çox mütərəqqi layihə tətbiq ediləcək”.

Yenisabah.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

Onun sözlərinə görə, layihə sayəsində, nəinki seçkilərə qədər, hətta səsvermə günü belə kimsə dünyasını dəyişsə, dərhal məlum olacaq: Dominos pizza

“Seçici siyahılarının dəyişməsi üçün 2 ay uzun müddətdir. Amma yeni layihə ilə biz səsvermə günü də kimsə dünyasını dəyişsə, biləcəyik. Bu, ilk dəfə bizdə tətbiq ediləcək. Penitensiar Xidmətdə də nazirlik səsverməni təmin edəcək”./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!