Səudiyyə bayramla əlaqədar səhvini etiraf etdi –   “Gördüyümüz ay deyilmiş...”

saytların hazırlanması

Evə çatdırılma

Səudiyyə bayramla əlaqədar səhvini etiraf etdi – “Gördüyümüz ay deyilmiş...”

Din

07 İyun 2019 11:13 4049


Səudiyyə Ərəbistanında Ramazan bayramı Saturnu görməklə elan edilibmiş.

"Yeni Sabah" xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhəri Astronomiya İdarəsi şəvval ayının hilalının görünməsi barədə yalnış məlumat verib və insanlara oruclarını bir gün tez yedizdirib. İdarədən yayılan rəsmi açıqlamada idarənin şəvval ayının hilalı əvəzinə  Saturun planetini gördüyü bildirilir.

Səudiyyə Ərəbistanı İslami Fiqhi Akademiyasının üzvü Məhəmməd əl-Nucemninin “əl-Ərəbiyyə” kanalına verdiyi müsahibəsinə görə insanların üzərinə düşən kəffarəni dövlət ödəyəcək. pizza mizza

Əl-Nucemninin bidirdiyinə görə, dövlət  bu ilki xətaya görə 1 milyard 600 milyon Səudiyyə rialı (təqribən 445 milyon dollar) dəyərində kəffarə ödəyəcək.

Xatırladaq ki, bu ilk deyil, 2015-ci ildə də belə bir hadisə baş vermiş və kəffarəni dövlət ödəmişdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!