Səudiyyə Ərəbistanı ilə yaşıl enerji üzrə əməkdaşlıq genişləndirilir

saytların hazırlanması

Evə çatdırılma

Səudiyyə Ərəbistanı ilə yaşıl enerji üzrə əməkdaşlıq genişləndirilir

İqtisadiyyat

07 Yanvar 2026 15:34 390


Energetika naziri Pərviz Şahbazovun “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Mohammad Abunayyan ilə görüşündə yaşıl enerji, elektrik enerjisinin istehsalı və ötürülməsi sahəsində əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzusu olub.

Energetika Nazirliyinin mətbuat xidmətindən “Yeni Sabah”a bildirilib ki, görüşdə birgə icra olunan 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası layihəsinin uğurla başa çatdırıldığı qeyd edilib.

Eyni zamanda, Qara dəniz, Avropa, Mərkəzi Asiya və Naxçıvan marşrutları üzrə elektrik enerjisi interkonnektorları və yaşıl enerji üzrə regional əməkdaşlıq imkanları nəzərdən keçirilib. pizza mizza

İlhamə Qasımlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!