Səudiyyə Ərəbistanı İraq səfirinə etiraz notası təqdim edib

saytların hazırlanması

Evə çatdırılma

Səudiyyə Ərəbistanı İraq səfirinə etiraz notası təqdim edib

Dünya

12 Aprel 2026 21:06 447


Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi İraqın ölkədəki səfiri ilə görüş keçirərək rəsmi etiraz notasını təqdim edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə nazirlik açıqlama yayıb. 

Məlumata görə, Səudiyyə Ərəbistanı XİN İraqdan göndərildiyi bildirilən pilotsuz uçuş aparatlarının Körfəz bölgəsində, o cümlədən krallığın ərazisinə hücumlarda istifadə olunmasına görə Bağdaddan izahat tələb edib. pizza sifarişi

Nazirliyin açıqlamasında qeyd olunub ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi İraqın Ər-Riyadda akkreditə olunmuş səfiri Sufiya Talib əs-Suheyl ilə görüşdə rəsmi etiraz notasını təqdim edib.

Sənəddə regionda təhlükəsizliyi pozan hücumlar və təhdidlər pislənilib, İraq tərəfinin bu cür hadisələrin qarşısını almaq üçün məsuliyyət daşımalı olduğu vurğulanıb. Həmçinin Körfəz ölkələrinin suverenliyinə qarşı istənilən addımların qəbuledilməz olduğu bildirilib./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!