Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı 860 mini ötdü

saytların hazırlanması

Evə çatdırılma

Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı 860 mini ötdü

Dünya

13 May 2026 19:21 107


Səudiyyə Ərəbistanına Həcc ziyarətini icra etmək məqsədilə gedənlərin sayı 860 mini keçib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi krallığın həcc və ümrə naziri Taufiq bin Fauzən Əl-Rabiənin sözlərinə istinadən xəbər yayıb.

Təşkil olunan mətbuat konfransında çıxış edən nazir bildirib ki, indiyədək ölkəyə daxil olan zəvvarların 820 mindən çoxu hava nəqliyyatından istifadə edib. Toyuqlu pizza

Quru sərhəd-keçid məntəqələri vasitəsilə gələnlərin sayının 35 mini keçdiyini vurğulayan nazir, dəniz yolu ilə səfər edənlərin isə 4 mindən artıq olduğunu qeyd edib.

Nazir Əl-Rabiə əlavə edib ki, ümumi zəvvarların 240 mindən çoxu "Məkkə Yolu" layihəsi çərçivəsində ölkəyə gəlib. Bu layihə zəvvarların sərhəd və gömrük prosedurlarını asanlaşdırmaq məqsədi daşıyır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!