Səudiyyə Ərəbistanında ilk içki mağazası açılacaq

saytların hazırlanması

Evə çatdırılma

Səudiyyə Ərəbistanında ilk içki mağazası açılacaq

Dünya

24 Yanvar 2024 20:40 696


Səudiyyə Ərəbistanında alkoqollu içkilərin satıldığı ilk mağazanın açılması planlaşdırılır.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Səudiyyə Ərəbistanı paytaxt Ər-Riyadda sırf qeyri-müsəlman diplomatlara xidmət göstərəcək ilk içki mağazasını açmağa hazırlaşır”, - deyə agentlik bildirir. pizza sifarişi

Mağazaya baş çəkmək üçün diplomatlar xüsusi tətbiqdən qeydiyyatdan keçməli, Krallığın Xarici İşlər Nazirliyindən giriş kodu almalı və aylıq kvotalara əməl etməlidirlər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı İslam dünyasının ən mühafizəkar ölkələrindən biridir. Burada həm ölkə vətəndaşları, həm də xarici vətəndaşlar tərəfindən spirtli içkilərin istifadəsi tamamilə qadağandır. Qanunun pozulması ölüm cəzası ilə nəticələnə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!