Qətərin insan hüquqları üzrə milli komitəsinin sədri Səud rejiminin Həcci öz siyasi məqsədlərinə alət etdiyini bəyan edib.
"Səudiyyə Ərəbistanı, Həcci siyasi alətə çevirib və siyasəti dini ayinlərin siyasiləşdirilməsinə əsaslanır", - deyə Əli bin-Smayx əl-Marri bildirib. Əl-Marri AB-nin komitə rəhbəri Jon Feyqel ilə görüşü zamanı bildirib ki, Qətər vətəndaşları artıq 3 ildir ki, Səudiyyənin siyasi görüşləri ucbatından Həcc ziyarətindən məhrum olub.
Qətərin insan hüquqları üzrə milli komitəsi, ötən il BMT-yə müraciət edərək Səudiyyənin Qətər zəvvarlarına qarşı qoyduğu məhdudiyyətləri götürməsini istəyib. Qətərin səlahiyyətli şəxsləri, BMT-nin insan hüquqları üzrə ali komissarının, din və inanc azadlığı üzrə xüsusi məruzəçisinin hesabat və bəyanatlarını məqbul hesab etməyib. pizza sifarişi
Deyerler.org
Telegram kanalımız