Sevgidə ən xəsis bürclər –   Onları tanıyaq

saytların hazırlanması

Evə çatdırılma

Sevgidə ən xəsis bürclər – Onları tanıyaq

Maraqlı

01 Noyabr 2023 12:22 838


Hər kəsin sevgidən gözləntiləri fərqlidir. Bəzi insanlar romantik əlaqələr baxımından şanslı olsa da, bir çox insan axtardığı sevgini tapa bilmir. Astroloqlar vurğulayırlar ki, 4 bürc sevgidə həddindən artıq qənaətcil olur.

Yenisabah.az həmin bürcləri təqdim edir:

Xərçəng pizza

Xərçənglər son dərəcə evə bağlı və partnyorlarına sadiqdirlər. Özlərini yaxşı hiss etmək üçün əllərindən gələni edirlər. Onların bir çoxu karyeralarında uğur qazanır. Lakin pula qənaət etməyə hədsiz çox vaxt sərf edirlər. Pullarını hər zaman pulqabında saxlamaq istəyən xərçənglər harasa getməkdənsə, evdə vaxt keçirməyə üstünlük verirlər.

Oğlaq

Oğlaqlar iddialı və işgüzardırlar. Onlar sevgidən çox karyeralarına üstünlük verirlər. Pul yığmaq fikrində olduqları üçün sevdikləri şəxslə şam yeməyinə çıxanda qarşı tərəfi hesabı ödəməyə məcbur edə bilərlər.

Qız

Qızlar qənaətcil kimi tanınırlar. Onlar mükəmməlliyə meyllidir və pul xərcləməkdə vasvasılıq edirlər. Hər hansı şişirdilmiş davranışdan və xərclərdən çəkinirlər.

Əqrəb

Əqrəblər gizli qalmağı sevirlər. Maddi vəziyyətlərini yaxın dostlarından və ailələrindən gizlədə bilərlər. Onlar pulu ancaq ehtiyaclara xərcləyirlər. Səyahət həvəsi həmişə üstünlük təşkil edir və buna pul xərcləməkdən yayınmırlar.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!