Sevgililərin hamamda meyiti tapıldı – Bakıda olay

saytların hazırlanması

Evə çatdırılma

Sevgililərin hamamda meyiti tapıldı – Bakıda olay

Kriminal

12 Mart 2019 15:27 1186


Bakıda 2 nəfər dəm qazından boğularaq ölüb.

Hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Bahar bağları”nda qeydə alınıb. Orada kirayədə yaşayan, 1986-cı il təvəllüdlü Həbib Mehman oğlu Hüseynli və 1985-ci il təvəllüdlü Əntiqə Vidadi qızı Əzimova həmin evin həyətində yerləşən hamamda dəm qazından boğularaq ölüblər.

Hadisə barədə məlumat daxil olan kimi, rayon Prokururluğu və rayon Polis İdarəsi əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirib və hər iki meyitin daxili və xarici müayinəsi üçün müvafiq ekspertizalar təyin edilib. Sezar pizza

Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, meyiti tapılan şəxslər qeyri-rəsmi nikah münasibətlərində yaşayırmış.

ONA

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!