Sevgilisini bıçaqlayan cinsi azlığa yüngül cəza verildi 

saytların hazırlanması

Evə çatdırılma

Sevgilisini bıçaqlayan cinsi azlığa yüngül cəza verildi 

Kriminal

16 İyul 2024 16:56 1342


Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Nurlan Məhərrəmovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb. 

Yenisabah.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Nurlan Məhərrəmova hökm oxunub. 

Hökmə əsasən, təqsirləndirilən şəxsə qarşı irəli sürülən 126.2.4-cü maddəsindən 126.1-ci maddəyə tövsif olunub və o, 3 il müddətinə azadlıqdan məhrum edilib.  Dördpendirli pizza

Xatırladaq ki ötən prosesdə prokuror Rauf Malışov ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Nurlan Məhərrəmov mübahisə zəmnində sevgilisi 1993-cü il təvəllüdlü Rasim Əliyevi bıçaqlamaqda təqsirləndirilir. 

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!