Sevgilisinin əl-ayağını bağlayıb, 14 yaşlı qızını zorladı - Təfərrüat

saytların hazırlanması

Evə çatdırılma

Sevgilisinin əl-ayağını bağlayıb, 14 yaşlı qızını zorladı - Təfərrüat

Hadisə

02 Fevral 2023 11:46 1240


Sabunçu rayonunda kişinin sevgilisini və onun qızını bıçaqlaması barədə bəzi detallar məlum olub. 

Yenisabah.az Oxu.Az-a istinadən xəbər verir ki, fevralın 2-də gecə saatlarında 1981-ci il təvəllüdlü Zaur Babayev qeyri-rəsmi münasibətdə olduğu, 1980-ci il təvəllüdlü Əfsanə Şadatovanın evinə gəlib. 

O, qadının əl-ayağını iplə bağlayıb, 14 yaşlı qızı Günay Şadatovanı zorlayıb.  Pepperoni pizza

Hadisəni törədən Z.Babayev daha sonra hər ikisini bıçaqlayıb. 

Tibbi müdaxilələrə baxmayaraq, G.Şadatova ölüb. 

10.26

Bakıda 14 yaşlı qızın qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb. 

Baş Prokurorluğun mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, fevralın 2-si, saat 01 radələrində Sabunçu rayonu ərazisində 2009-cu il təvəllüdlü Günay Şadatovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

İlkin araşdırma zamanı Zaur Babayevin bıçaqla 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı Günay Şadatovaya xəsarət yetirməsi və sonuncunun aldığı xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. 

Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

İbtidai istintaq davam etdirilir. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!