Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev vətəndaşlarındən 5 iyuldan etibarən şəxsi avtomobildən rahat şəkildə istifadə edə bilməsi üçün yeni qaydaların tətbiq olunacağını bildirib.
Yenisabah.az xəbər verir ki, sədr bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında danışıb.
Dövlət Agentliyinin sədri deyib ki, artıq normativ aktların üzərində SMS-lə icazə alınarkən avtomobilin də ora daxil edilməsi ilə bağlı iş gedir: “İnsanlar hazırda SMS-lə yalnız özlərinə icazə alırlar. 5 iyuldan insanlar SMS-lə icazə alarkən avtomobillərini də daxil etməlidir. Artıq bununla bağlı normativ hüquqi aktlar hazırlanır. Qanunvericilik icazə verəndən sonra bu sahədə tənzimləmə həyata keçirəcək”. pizza hut
Telegram kanalımız