Bakıda qardaşın qardaşı öldürməsi ilə bağlı   RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qardaşın qardaşı öldürməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Kriminal

31 Mart 2026 13:05 432


Şəxsin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə "Yeni Sabah"a Baş Prokurorluqdan məlumat verilib. 

Bildirilib ki, martın 30-da paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Qamət Teymurovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. pizza mizza

İlkin araşdırmalarla 1990-cı il təvəllüdlü Qismət Teymurovun aralarında yaranmış mübahisə zamanı Qamət Teymurovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Qismət Teymurov iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!