Azərbaycanda yaxın günlərdə idarəetmədə ciddi struktur islahatlarının aparılacağı gözlənilir.
Yenisabah.az xəbər verir ki, artıq islahatlarla bağlı nazirliklərə təlimatların verildiyi və birləşdirilmə prosesinə hazırlıq getdiyi bildirilir.
Yayılan məlumatı modern.az-a şərh edən deputat Fazil Mustafa məlumatın dəqiq olmadığını qeyd etməklə bərabər mümkünlüyünü də istisna etməyib: Toyuqlu pizza
“Təbii ki, bu cür birləşdirmə mümkündür. Ayrı-ayrı nazirliklərin bir-birinə birləşdirilməsi gözləniləndir. Amma bu məsələ dəqiq olmadığı üçün nə dərəcədə həqiqətə uyun olduğunu araşdırmaq lazımdır.
Ümumilikdə isə struktur islahatı hər zaman keçirilməlidir və bu, vacibdir. Ən inkişaf etmiş ölkələrdə belə nazirlik sayı 12-13 rəqəmini keçmir. Komitələrin sayı da bu şəkildə tənzimlənir. Ona görə, süni şəkildə şəxslərə görə vəzifələrin çoxaldılması prinsipindən əl çəkmək lazımdır. Eyni qaydada dövlət idarələri və agentliklər də bu qəbildəndir. Bir-birini təkrar edən kifayət qədər qurum var. Azərbaycan o qədər böyük ölkə deyil, əsas effektiv çalışmadan söhbət gedir. Ərazimiz Alyaskadan başlayıb, Luizianada, yaxud Kamçatkadan başlayıb, Kalininqradda bitmir ki?! Kiçik bir ərazi üçün daha çevik idarəetmə üzərində düşünmək lazımdır”.
Telegram kanalımız