Şair və yazıçıların (böyüklü və kiçikli) ən böyük problemi türk mənbələrindən qidalanmalarıdır.
“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə yazıçı Seymur Baycan çıxış edib.
O qeyd edib ki, türk mənbələrindən qidalanan adamların dili istər-istəməz aşınmaya məruz qalır: “Türk mənbələrindən istifadə edən adamların dili korlanır. İt də gedir, ip də gedir. Növü və mənşəyi məlum olmayan, mutant bir dil yaranır. pizza sifarişi
Buyurun, iki-üç adamı çıxsaq artıq Azərbaycan dilində yazmağı bacaran adam qalmayıb. Yazıları, hekayələri oxuyuram, amma yazının, hekayənin hansı dildə yazıldığını müəyyən edə bilmirəm. Söhbət təkcə yazıda, hekayədə, romanda hansısa “türk” sözünün istifadəsindən getmir. Söhbət dilin mənsubiyyətindən gedir. “Alqılamaq”, “yaşandı”, “yaşanır”, “səbirsizlənirəm”, “görməzdən gəlir”, “odaklanmaq”, “topu-topuna” kimi sözlərdən istifadə edən adam artıq azərbaycanca düşünmür.
İkincisi, Türkiyə “işıqsız parıltılar” ölkəsidir. Üstü bəzəkdir, altı təzək. Hər parıldayan qızıl (işıq) olmur. Bu lap köhnə həqiqətdir. Parıltıya aldanmaq, parıltını qızıl kimi (işıq kimi) qəbul etmək çiyliyin, kallığın əlamətidir. Parıltını işıq kimi görən adamlar bişməyəcək, yetişməyəcək. Ömrünün sonuna kimi çiy, kal qalacaq. Bu mənada türk mənbələrindən qidalanan şəxs nəinki yaxşı, heç ortabab məhsul da yarada bilməyəcək. Bunu tam məsuliyyətlə, qətiyyətlə bəyan edirəm”.
Yazıçının sosial şəbəkə hesabında paylaşdığı bu bəyanata müxtəlif reaksiyalar verilib. Onu bu mövqeyinə görə dəstəkləyənlərlə bərabər tənqid edənlər də olub.
Telegram kanalımız