Seymur Talıbov üzə çıxdı: “Əvvəllər başda oturardı, indi isə onu...” - Foto

saytların hazırlanması

Evə çatdırılma

Seymur Talıbov üzə çıxdı: “Əvvəllər başda oturardı, indi isə onu...” - Foto

Siyasət

24 Aprel 2023 18:16 21403


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun istefasından sonra onun kiçik oğlu Seymur Talıbov cəmi bir dəfə görüntülənmiş, Naxçıvan şəhərində çəkilmiş qısa videosu mediada yayılmışdı. Seymur Talıbov bu günlərdə yenidən üzə çıxıb.

Yenisabah.az TNS-ə istinadən xəbər verir ki, kiçik Talıbovun yaxınları ilə birlikdə çəkdirdiyi fotoşəkil sosial şəbəkələrdə paylaşılıb.

Tanınmış jurnalist Heydər Oğuz həmin fotonu öz sosial şəbəkə hesabında paylaşaraq maraqlı şərh yazıb: “Xan" erası bitməmişdən əvvəl xanzadə Seymur əfəndi hansı məclisdə olursa olsun, həmişə yuxarı başda oturardı. İndi isə onu masanın yan tərəfinə atıblar. Masanın başında isə bacanağı Hümbət və sürücüsü Həsən oturub. Dağıl, ay dünya! Vəzifədən düşən kimi insanı sürücü belə arxa plana keçirir”. Dördpendirli pizza

Həmin fotoşəklin necə və nə məqsədlə yayıldığı dəqiq məlum deyil. Güman edilir ki, Seymur Talıbov bununla cəmiyyətə nəsə mesaj ötürmək istəyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!