Seymur Talıbovun Dubayda verdiyi poz: “Bu, Azərbaycana təhqir deməkdir”

saytların hazırlanması

Evə çatdırılma

Seymur Talıbovun Dubayda verdiyi poz: “Bu, Azərbaycana təhqir deməkdir”

Siyasət

01 Mart 2023 15:40 4666


“Seymur Talıbov istəyir, ölkədən qaçsın, yaxud ölkədə qalıb azadlıqda gəzsin, bunlar eyni şeydir. Onsuz da Seymur Talıbovun indiyə qədər çöldə qalması, ya da əlini-qolunu sallayıb insanların arasında gəzməsi, eləcə də Dubaya getməsi Azərbaycanda hüquq və məhkəmə sisteminin doğru işləməməsi deməkdir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında “Ovqat.com” saytının baş redaktoru, əslən Naxçıvandan olan jurnalist Heydər Oğuz deyib.

O, Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun kiçik oğlu Seymur Talıbovun Dubayda lentə alınan görüntüləri barəsində danışıb. Marqarita pizza

Xatırladaq ki, məlum görüntü qısa zaman ərzində sosial şəbəkələrin Azərbaycan seqmentində viral olub.

Talıbovlara daim sərt mövqeyi ilə seçilən H. Oğuz isə söyləyib ki, S. Talıbov da atası ilə bərabər həbsxanada olmalı və ən ağır cəzalara layiq görülməli idi:

“Çünki Naxçıvanın milyardlarla pulları oğurlanıb, Naxçıvan camaatı yerindən-yurdundan didərgin salınıb. Bunların hamısında isə Talıbovlar ailəsinin böyük rolları olub. İndi o adamlar mütləq həbsxanada olmalıdırlar. Bu adamların insanlar arasında gəzməsi, Dubayda poz verməsi Azərbaycana təhqir deməkdir. İnsanlar bunu gördükcə, onlarda dövlət avtoritetinə qarşı münasibət dəyişir, ədalət prinsipinə inam azalır, etimad sarsılır”.

Jurnalist hesab edir ki, Azərbaycan dövləti bunları nəzərə alıb həmin tayfanı zərərsizləşdirməli və onların qoluna qandal vurub içəri salmalıdır:

“Nə qədər ki bu adamlar azadlıqdadır, belə olan halda haqları yeyilər insanlarımız istər-istəməz bundan narazı qalacaqlar, öz dövlətinə küsəcəklər. Bu da dövlətin imicinin zədələnməsinə gətirib çıxarır.

Heydər Əliyevin bu barədə məşhur bir sözü var idi: “günahkar cəzasız qalanda və günahsızlar cəzalandırılanda dövlət sarsılır”. Bu gün biz Heydər Əliyevin o vaxtı irad tutduğu hadisələrin Azərbaycanda reallaşdığını görürük. Başa düşə bilmirəm ki, aidiyyatlı qurumlar Heydər Əliyevin ortaya qoyduğu dəyərlərə nə qədər sadiqdirlər, nə qədər ona bağlıdırlar?!”

Müsahibimiz düşünür ki, bu cür məsələlərə mütləq diqqət yetirməlidir:

“Hələ Talıbovların Azərbaycana vurğu zərərlər bir tərəfə qalsın, onlar adicə insanların dövlətə olan hörmətini dəyişdirdiyinə görə cəzalandırılmalıdır və bu, açıq şəkildə millətə nümayiş etdirilməlidir. Talıbovlar xalqın gözü qabağında öz cəzalarını almalıdırlar”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!