Seyran Səxavət: “Futbol sahəsində işığımı söndürdülər“

saytların hazırlanması

Evə çatdırılma

Seyran Səxavət: “Futbol sahəsində işığımı söndürdülər“

Yazar

22 Noyabr 2022 15:40 6721


“Vaxt var idi, mən dünyanın ən istedadlı və dahi futbol azərkeşlərindən birisi idim".

Bunu Yenisabah.az-a açıqlamasında yazıçı Seyran Səxavət deyib.

O, Qətərdə keçirilən futbol üzrə Dünya çempionatı barədə danışmaq istəməyib. Yazıçı buna öz izahını da verib:  Toyuqlu pizza

"Son illərdə futboldan uzaqlaşmışam. Çünki öz vətənimdə olmayan bir şeyin niyə tərəfini tutum?

Əvvəllər SSRİ birinciliyində "Neftçi" komandası fəaliyyət göstərirdi. Hələ də yadımdadır, 1968-ci ildə Yaponiyanın yığma komandası Bakıya gəlmişdi. İndiki Tofiq Bəhrəmov adına stadionda "Neftçi" Yaponiyanın yığmasına 10:0 hesabı ilə qalib gəldi.

O vaxtlar bir sıra məhşurlar vardı. Məsələn, Tofiq Axundov, Yaşar Babayev, Habil Babayev. Yəni bir situmul var idi. Mən o zamanlar Braziliya yığmasının demək olar ki, bütün üzvlərini tanıyırdım. İndisə o həvəs yoxdur. Futbol sahəsində işığımı söndürdülər. Məndə olan bütün marağı aldılar.

Azərbaycanda futbol var ki, ona azərkeşlik edəm?! İzləmirəm. Futbol olduqca "böyük oyun”a çevrilib. Pullar meydan sulayır. Haqsızlıq baş alıb gedir".

Həcər ƏMİRASLANLI

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!