Yazıçı Seyran Səxavətin qəfildən sosial şəbəkələrdə görünməsi maraqla qarşılanıb. Lakin onun “Facebook” hesabının saxta olduğunu söyləyənlər də olub.
Yenisabah.az-a açıqlamasında Seyran Səxavət “Facebook”-da yaradılmış yeni səhifəsinin ona məxsus olduğunu təsdiqləyib.
Yazıçının sözlərinə görə, sosial şəbəkəyə üz tutmasının yeganə səbəbi daha çox informasiya əldə etməkdir:
“Sosial şəbəkələrdən istifadə edirəm. Yalnız informasiya almaq üçün izləyirəm. Həmin səhifəni bacımın nəvəsi açıb. Səhifənin açılmasını özüm xahiş etdim.
Mən əslən Füzuli rayonundanam. Ona görə də, açdım ki, elimdən, obamdan xəbər alım. Kim rəhmətə getdi, kim qaldı, hamısından xəbərim olsun”.
Nəzrin Vahid
Telegram kanalımız