Şeyx Bakıda Ramzan Kadırovun oğlu ilə görüşdü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Şeyx Bakıda Ramzan Kadırovun oğlu ilə görüşdü - Fotolar

Din

30 Mart 2023 21:08 2464


Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan RF Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun oğlu, Çeçenistanın ilk prezidentinin adını daşıyan Əhməd Kadırovla görüşüb.

Yenisabah.az xəbər verir ki, QMİ-dən bildirilib.

Mübarək Ramazan ayında atasının salamlarını QMİ sədrinə yetirən qonaq nəfis şəkildə hazırlanmış Qurani-Kərimi Şeyxülislama hədiyyə verib. Pepperoni pizza

A.Paşazadə çeçen xalqının lideri olmuş Əhməd Kadırovla bağlı xatirələrini bölüşüb, onun adını daşıyan nəvəsini bu yaxınlarda ailə qurması münasibətilə səmimi qəlbdən təbrik edib ən xoş arzularını ifadə edib, xatirə hədiyyəsi təqdim edib.

Görüşdə Rusiya Federasiyasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksi iştirak ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!