Şeyx bayram namazının vaxtını açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Şeyx bayram namazının vaxtını açıqladı

Din

04 İyun 2025 14:06 3134


Builki bayram, AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, hicri-qəməri təqvimlə zilhiccə ayının 10-na, miladi təqvimlə iyunun 6-na təsadüf edir.

Yenisabah.az xəbər verir ki, bu barədə QMİ sədri şeyxülislam Allahşükür Paşazadə bayram təbrikində bildirib.

Onun sözlərinə görə, şəri hökmlərə əsasən, 3 gün ərzində icra oluna bilən Qurban kəsimi həcc ziyarəti zamanı mütləq vacib əməldir, həcc xaricində olan müsəlmanların qurban kəsib ehtiyacı olanlara paylamaq niyyəti isə müstəhəb və savabdır. Dördpendirli pizza

Allahşükür Paşazadə qeyd edib ki, Qurban bayramı namazları ölkəmizin bütün mərkəzi məscidlərində qeyd ediləcək, o cümlədən Bakının Əjdərbəy məscidində bayram namazı saat 08.00-də, Təzəpir məscidində 09.00-da qılınacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!