Şeyx BƏƏ-yə gedir

saytların hazırlanması

Evə çatdırılma

Şeyx BƏƏ-yə gedir

Din

07 Fevral 2024 13:40 5395


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə bu gün Birləşmiş Ərəb Əmirliklərinə səfərə yola düşür.

Yenisabah.az xəbər verir ki, səfər Müsəlman Ağsaqqallar Şurasının baş katibi Məhəmməd Əbdüssalamın dəvəti ilə həyata keçiriləcək.

QMİ sədri Əbu-Dabi şəhərində keçiriləcək Müsəlman Ağsaqqallar Şurasının 17-ci iclasında iştirak edəcək. Şeyxülislam Allahşükür Paşazadə üzv olduğu bu nüfuzlu qurumun iclasında çıxış edərək hazırda İslam dünyasını narahat edən aktual məsələlər, müsəlman dini liderlərin bu problemlərin həlli istiqamətində rolu barədə fikirlərini bölüşəcək. pizza

Toplantıda bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu konfransında (COP-29) Müsəlman Ağsaqqallar Şurasının yaxından iştirakı məsələsi də müzakirə ediləcək.

Səfər çərçivəsində QMİ sədrinin təşkilatın müxtəlif ölkələri təmsil edən üzvləri ilə görüşləri də planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!