Şeyx Çeçenistana gedir

saytların hazırlanması

Evə çatdırılma

Şeyx Çeçenistana gedir

Din

28 Mart 2019 23:48 1282


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə martın 29-da Qroznı şəhərinə gedəcək.

İdarədən “Yeni Sabah”a verilən məlumata görə, səfər Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun dəvəti ilə həyata keçirilir.

QMİ sədri Qroznıda Rusiya Qəhrəmanı Əhməd Kadırov adına regional ictimai Fondun və İslam mədəniyyəti, elm və təhsilə dəstək Fondunun birgə təşkilatçılığı ilə keçirilən “İslam sülh və mərhəmət carçısıdır” adlı beynəlxalq dini konfransda iştirak edəcək. pizza

A.Paşazadə tədbirdə məruzə ilə çıxış edəcək.

Səfər çərçivəsində QMİ sədri respublika rəsmiləri, konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, habelə xarici qonaqlarla görüşlər keçirəcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!