Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir.
Yenisabah.az xəbər verir ki, o, krallığının İslam İşləri, dəvət və irşad naziri Şeyx Əbdüllətif Al Əş-Şeyxin dəvət alıb.
Martın 19-dan 24-nə kimi çəkəcək səfər çərçivəsində QMİ sədri səudiyyəli nazirlə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparacaq. Toyuqlu pizza
A.Paşazadənin İslam Aləmi Liqası təşkilatının baş katibi Məhəmməd bin Əbdülkərim Əl-İsa, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hissein Brahim Taha, Səudiyyə Krallığının rəsmiləri ilə də görüşləri nəzərdə tutulur.
Telegram kanalımız