Şeyx İrandakı nümayəndəsini “Təzə Pir”ə rəis təyin etdi 

saytların hazırlanması

Evə çatdırılma

Şeyx İrandakı nümayəndəsini “Təzə Pir”ə rəis təyin etdi 

Din

08 Fevral 2023 09:57 4245


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə "Təzə Pir” məscid kompleksinə rəis təyin edib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, QMİ-nin İrandakı nümayəndəsi Hacı Şamil Rəsulov "Təzə Pir” məscid kompleksinin rəisi təyin olunub. 

Qeyd edək ki, Şamil Rəsulov 2014-cü ildə QMİ Qazılar Şurasının üzvü, Fətva şöbəsinin müdir müavini vəzifəsindən azad olunaraq, idarənin İranda nümayəndəsi təyin olunmuşdu. pizza hut

Xatırladaq ki, "Təzə Pir” məscid kompleksinin rəisi Hacı Hatəm Mirzəyev 08.11.2022-ci ildə 65 yaşında dünyasını dəyişib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!