Şeyx Misir rəsmiləri ilə görüşüb

saytların hazırlanması

Evə çatdırılma

Şeyx Misir rəsmiləri ilə görüşüb

Din

06 Fevral 2019 03:46 1337


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibinin və Misir hökumətinin dəvəti ilə fevralın 4-5-də Misirdə səfərdə olub.

“Yeni Sabah” xəbər verir ki, səfər çərçivəsində şeyxülislam Misirin, eləcə də İslam aləminin görkəmli ictimai, din və elm xadimləri ilə görüşüb. Misir parlamenti sədrinin birinci müavini, Şəriflər Cəmiyyətinin rəhbəri Seyid Əl-Şəriflə görüşdə A.Paşazadə Prezident İlham Əliyevin salamlarını dost Misir xalqına çatdırıb. O, Azərbaycan ilə Misirin bütün sahələrdə, o cümlədən dini sahədə uğurla əməkdaşlıq etdiyini bildirib.

Misir Prezidentinin müşaviri Usama Əl-Əzhəri 1962-ci ildə Asuan səddini inşa edən Zakir Məmmədovun timsalında Azərbaycan xalqının dost Misir xalqına çoxsaylı töhfələrinin qeyd edilə biləcəyini deyib. Pepperoni pizza

Səfər zamanı QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti İmam Hüseyn məscidini ziyarət edib. Nadir hallarda xüsusi qonaqlar üçün açılışına icazə verilən “Şərəfli otaq” (Əl-Ğurfa Şərifə) şeyxülislama nümayiş etdirilib. A.Paşazadə İmam Hüseyn məscidində ziyarət namazı qılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!