Şeyx müşavirə keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Şeyx müşavirə keçirdi

Din

08 Fevral 2019 03:06 1506


Qafqaz Müsəlmanları İdarəsində (QMİ) ötən ilin yekunlarına və qarşıda duran məsələlərlə bağlı müşavirə keçirilib. 

“Yeni Sabah” xəbər verir ki, toplantıda QMİ Mərkəzi Aparatının struktur bölmələrinin rəhbərləri, Qazılar Şurasının üzvləri və səlahiyyətli nümayəndələr iştirak edib.

QMİ sədrinin birinci müavini, müfti Salman Musayev müşavirəni açaraq Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. Dördpendirli pizza

Ötən il həm Azərbaycanda, həm də müxtəlif xarici ölkələrdə QMİ-nin təşəbbüsü ilə beynəlxalq konfranslar keçirildiyini, həmin tədbirlərdə dünyanın nüfuzlu din xadimlərinin və alimlərinin iştirak etdiyini diqqətə çatdırıb.

QMİ-nin Aparat rəhbəri Simran Həsənov şeyxülislam Allahşükür Paşazadənin dini mərkəzin fəaliyyətinin təkmilləşdirilməsi, şəffaflığın və hesabatlılığın təmin edilməsi ilə bağlı verdiyi əmr və tövsiyələrini müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Aparat rəhbəri bildirib ki, idarə sədrinin tapşırığına əsasən, dini icmaların fəaliyyətini gücləndirmək, problemləri və təklifləri öyrənmək üçün yerlərdə müntəzəm görüşlər keçiriləcək.

Müşavirənin sonunda Qazılar Şurası üzvlərinin, səlahiyyətli nümayəndələrin təklifləri dinlənilib, müzakirə aparılıb və tapşırıqlar verilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!