Şeyx ordenlə təltif edildi

saytların hazırlanması

Evə çatdırılma

Şeyx ordenlə təltif edildi

Din

27 Fevral 2019 22:50 1267


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında səfərdə olub.

QMİ-nin Mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, respublikanın paytaxtı Çerkessk şəhərinin hava limanında A.Paşazadə və onu müşayiət edən şəxslər səmimi qarşılanıb.

Çerkesskə səfər çərçivəsində QMİ sədri Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov tərəfindən qəbul edilib. Şeyxülislamı səmimi salamlayan respublika rəhbəri Azərbaycana bu yaxınlarda etdiyi səfərin xoş təəssüratlarını bölüşüb. Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Qaraçay-Çərkəz respublikasının başçısı Rəşid Temrezova çatdıran A.Paşazadə iki xalq arasında qarşılıqlı görüş və səfərlərin böyük önəm daşıdığını, ölkələrimiz arasında dostluq, qardaşlığın dərinləşməsinə, həyatın bütün sahələrində - iqtisadi və mədəni-mənəvi müstəvilərdə əlaqələrin inkişafına xidmət etdiyini vurğulayıb. Fevralın 26-da Azərbaycanda Xocalı soyqırımının 27-ci ildönümünün geniş şəkildə qeyd olunduğu barədə danışan A.Paşazadə, XX əsrdə erməni ekstremistləri tərəfinfən xalqımıza qarşı törədilmiş soyqırımı cinayətinin dünyada tanıdılmasının vacibliyinə diqqəti çəkib. Dominos pizza

Qaraçay-Çərkəz respublikasının başçısı R.Temrezov QMİ sədri A.Paşazadəni Şimali Qafqaz və Azərbaycan xalqları arasında sülhün möhkəmləndirilməsi, dinlərarası münasibətlərin inkişafı və dostluğun dərinləşdirilməsi işinə verdiyi şəxsi töhfələrinə görə "Qaraçay-Çərkəz Respublikası qarşısında xidmətlərinə görə" ordeni ilə təltif edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!