Şeyx ordenlə təltif olundu

Şeyx ordenlə təltif olundu

Din Veb saytların hazırlanması

23 İyul 2022 09:18 2589


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın “Dostluq” ordeni ilə təltif olunub.

“Yeni Sabah” xəbər verir ki, iyulun 22-də Gürcüstan Patriarxının iqamətgahında orden Allahşükür Paşazadəyə təqdim olunub.

Bildirilib ki, Gürcüstan Pravoslav Kilsəsi QMİ sədrini xüsusi mükafata şeyxülislamlıq fəaliyyətinin 40-cı ildönümü, habelə gürcü və Azərbaycan xalqları arasında əlaqələrin möhkəmlənməsinə verdiyi xüsusi töhfələrə görə layiq görüb.

Patriarx II İlya Allahşükür Paşazadəni təbrik edib, onun şüyxülislamlıq fəaliyyətini, xalqlarımız arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərini xüsusi qeyd edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!