Şeyx patriarxdan məscid üçün yer ayırmağı xahiş etdi

saytların hazırlanması

Evə çatdırılma

Şeyx patriarxdan məscid üçün yer ayırmağı xahiş etdi

Din

31 Yanvar 2019 00:39 1409


Moskvada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb.

“Yeni Sabah” xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli məsələsinə Patriarx Kirillin dəstəyini xüsusi vurğulayan A.Paşazadə hazırda dünyada mürəkkəb proseslərin getdiyini bildirərək deyib ki, bu baxımdan, din xadimlərinin üzərinə böyük məsuliyyət düşür. Din xadimləri dövlət rəhbərləri, siyasi və ictimai xadimlərlə birlikdə ekstremizm və terrorizm kimi bəlalara qarşı mübarizə aparmalıdırlar. “Təəssüf ki, bəzi din xadimlərinin fəaliyyətində bunun əksini görürük”.

O, diqqətə çatdırıb ki, Azərbaycanda dövlətin dəstəyi ilə bütün dinlərin azad fəaliyyəti üçün hər bir şərait yaradılıb. Azərbaycanda dövlətin dəstəyi ilə kilsələrin təmir və bərpa olunduğunu, yeni ibadətgahların tikildiyini söyləyən Şeyxülislam deyib: “Mən sizdən, bir qardaşım kimi, xahiş edirəm, Moskvada azərbaycanlıların ibadət etmələri üçün məscid tikintisinə yer ayrılsın. Bu, bizim əlaqələrimizin daha da möhkəmlənməsinə kömək edər”. pizza mizza

A. Paşazadə həmçinin Kirilli Azərbaycana səfərə dəvət edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!