Şeyx Ramzan Kadırovla görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Şeyx Ramzan Kadırovla görüşdü

Din

31 Mart 2019 01:05 1355


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun dəvəti ilə Qroznı şəhərində səfərdə olub.

QMİ-dən “Yeni Sabah”a daxil olan xəbərə görə, o, Qroznıda Rusiya Qəhrəmanı Əhməd Kadırov adına Regional İctimai Fondun və İslam Mədəniyyəti, Elm və Təhsilə Dəstək Fondunun birgə təşkilatçılığı ilə keçirilən "İslam sülh və mərhəmət carçısıdır” adlı beynəlxalq dini konfransda iştirak edib.

QMİ sədri bildirib ki, dini liderlərin əsas vəzifəsi xalqlarımızın xoşbəxtliyi və rifahı naminə, qardaşlıq əlaqələrini və müqəddəs dinimiz İslamı gücləndirməkdir: "İnanıram ki, bugünkü konfrans bu müqəddəs əmələ öz töhfəsini verəcək". pizza mizza

A.Paşazadə deyib ki, Qafqaz xalqları arasında yaxşı münasibətlər qiymətli tarixi irsdir: "Lakin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi istisna təşkil edir. Təəssüf ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü hələ də davam edir, Azərbaycan torpaqlarının iyirmi faizi hələ də bütün beynəlxalq normalara baxmayaraq, erməni ekstremistlərinin işğalı altındadır. Azərbaycan xalqının mədəni və dini mirası məhv edilir. Biz Qarabağ münaqişəsinin ədalətli, sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq həllini tələb edirik".

Sonra konfrans iştirakçılarının şərəfinə ziyafət verilib. Ziyafət çərçivəsində A.Paşazadə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov ilə görüşüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!