Şeyx Rusiyaya gedir

saytların hazırlanması

Evə çatdırılma

Şeyx Rusiyaya gedir

Din

13 Avqust 2024 12:53 14482


Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının paytaxtı Çerkessk şəhərinə səfər edəcək.

Yenisabah.az xəbər verir ki, Şeyxülislam vəfat etmiş tanınmış din xadimi - Qafqaz Xalqları Ali Dini Şurasının sədr müavini, Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Respublikasının Müftisi Hacı İsmayıl Berdiyevin yad olunması mərasimində iştirak edəcək, ailəsinə, yaxınlarına, Qaraçay-Çərkəz Respublikasının rəhbərliyinə və ictimaiyyətinə Azərbaycan Respublikasının Prezidentinin başsağlıqlarını çatdıracaqdır. Mərhumun qəbri ziyarət edilərək ruhuna dualar oxunacaq, xatirəsinə ehsan mərasimi təşkil ediləcəkdir.

Qaraçay-Çərkəz Respublikasına səfər çərçivəsində Qafqaz Xalqları Ali Dini Şurasının növbədənkənar iclası keçiriləcəkdir. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!