Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinə səfərə yola düşüb.
“Yeni Sabah” xəbər verir ki, səfər BƏƏ Prezidentinin müşaviri Sultan Əl Rümeysinin rəsmi dəvətinə əsasən həyata keçirilir. QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 2-4-də Əbu-Dabidə dünya dini liderləri, görkəmli dövlət, siyasət, elm xadimləri, nüfuzlu kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçiriləcək “İnsan Qardaşlığı Qlobal Forumu”nda iştirak edəcək.
Forumda Roma Papası Fransisk, Misirin Əl-Əzhər Əl-Şərif universitetinin şeyxi Əhməd Əl-Tayyib və digər dünya dini liderləri iştirak edəcəklər. Əbu-Dabi Forumunda ekstremizmə qarşı mübarizə, xalqlar və dinlər arasında dialoqun təşviqi, mənəvi dəyərlərin qorunması, münaqişələrə və müharibələrə səbəb olan dini və etnik fanatizmin qarşısının alınması və s. məsələlər müzakirə ediləcək. Dördpendirli pizza
Telegram kanalımız