Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə prezident İlham Əliyevə məktub ünvanlayıb.
“Yeni Sabah” xəbər verir ki, Şeyx müraciətində 70 illik yubileyi və Şeyxülislam kimi fəaliyyətə başlamağının 40 illiyi münasibətilə prezidentin verdiyi qərara görə təşəkkür edib: “Mən bu Sərəncamınızı həm şəxsimə, həm də Azərbaycan dindarlarına olan yüksək hörmət və etimadın göstəricisi kimi qəbul edirəm”.
O, 40 ildir ki, Şeyxülislam olaraq Qafqaz Müsəlmanları İdarəsini Heydər Əliyevin xeyir-duası ilə onun əmanəti kimi qoruduğunu qeyd edib: “Biz dindarlar əminik ki, Uca Yaradanın köməyi və Sizin rəhbərliyinizlə Azərbaycan xalqı dünya miqyasında daha böyük uğurlara imza atacaq, əzəli torpağımız olan Qarabağın azadlığı naminə haqqın qalibiyyəti daim Zati-alilərinizlə olacaqdır. Bu, bizim ümidimiz və Sizə ünvanlanan dualarımızdır”. pizza hut
Telegram kanalımız