Şeyxülislam Papa ilə görüşəcək

saytların hazırlanması

Evə çatdırılma

Şeyxülislam Papa ilə görüşəcək

Din

27 Oktyabr 2025 10:50 2896


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Vatikana səfər edəcək.

Yenisabah.az xəbər verir ki, o, Roma Katolik Kilsəsinin digər dinlərlə əlaqələrinin bünövrəsini formalaşdıran II Vatikan Şurasının əsas sənədi olan "Nostra Aetat"ın 60-cı ildönümü münasibətilə təntənəli tədbirlərə dəvət əsasında baş tutacaq.

Şeyxülislam A.Paşazadə oktyabr ayının 28-də Dinlərarası Dialoq Dikasteriyası Xristian Birliyinin Təşviqi Dikasteriyası ilə birgə Nostra Aetate sənədini təqdir etmək, eləcə də sülh və barışıq, dinlərarası dialoqun zəruri əhəmiyyətini bir daha təsdiqləmək üçün nəzərdə tutulmuş silsilə tədbirlərdə iştirak edəcək. Toyuqlu pizza

Səfər çərçivəsində QMİ sədrinin Roma Papası XIV Leo, Vatikan rəsmiləri, müxtəlif dini konfessiyaların tanınmış din xadimləri, o cümlədən, müsəlman dünyasının tanınmış dini liderləri ilə görüşləri nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!