Şeyxülislam Türkiyəyə gedəcək

saytların hazırlanması

Evə çatdırılma

Şeyxülislam Türkiyəyə gedəcək

Din

06 May 2025 13:11 1574


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək.

Yenisabah.az xəbər verir ki, səfər Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin dəvəti ilə baş tutacaq.

QMİ sədri mayın 7-8-də İstanbulda keçiriləcək 28-ci Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək. Marqarita pizza

Vəqfin 40-cı ildönümü ərəfəsində dünyanın müxtəlif ölkələrini təmsil edən dövlət rəsmiləri, nüfuzlu din xadimləri, siyasətçilərin iştirak edəcəyi zirvədə Şeyxülislam Allahşükür Paşazadə fəxri qonaq kimi iştirak və çıxış edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!