Şeyxülislama mükafat verildi

saytların hazırlanması

Evə çatdırılma

Şeyxülislama mükafat verildi

Din

07 Fevral 2019 01:35 1344


Misirin paytaxtı Qahirədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birinci festivalı keçirilir. 

“Yeni Sabah” xəbər verir ki, açılış nitqlərindən sonra İslam dünyasına xüsusi töhfələri olan şəxslərin təltif edilməsi mərasimi keçirilib. Mükafata layiq görülən beş görkəmli müsəlmandan biri də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə olub.

Tədbir çərçivəsində Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin ilə görüşüb. Söhbət zamanı baş katib şeyxülislamın müsəlman dünyasında oynadığı rola diqqət çəkib. Qeyd edib ki, sülhpərvər mövqeyi həm ölkə daxilində, həm də xaricdə ona rəğbət qazandırıb. pizza

Şeyxülislam A.Paşazadə İƏT-in müsəlman ölkələrində gördüyü işlərin sülhə və tərəqqiyə səbəb olduğunu bildirib, qurumun təşkilatçılığı ilə baş tutan festivalın davamlı olacağına əminliyini ifadə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!