Səyyar ASAN ilk dəfə işğaldan azad olunmuş Talış kəndində vətəndaşlara xidmət göstərəcək

saytların hazırlanması

Evə çatdırılma

Səyyar ASAN ilk dəfə işğaldan azad olunmuş Talış kəndində vətəndaşlara xidmət göstərəcək

Siyasət

27 Aprel 2023 22:58 549


Səyyar ASAN xidmət sabah Tərtər rayonunun işğaldan azad olunmuş Talış kəndində ilk dəfə vətəndaşlara xidmət göstərəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.

Xatırladaq ki, Talış kəndinə Böyük Qayıdış proqramı çərçivəsində 20 ailə bu il Novruz bayramı ərəfəsində öz dədə-baba yurdlarına köçürülüblər. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!