Səyyar ASAN xidmət bu rayonlarda olacaq

saytların hazırlanması

Evə çatdırılma

Səyyar ASAN xidmət bu rayonlarda olacaq

Sosial

18 Fevral 2019 15:04 1262


Səyyar ASAN xidmət 19 – 28 fevral Zığ qəsəbəsində, 1 fevral – 2 mart Kürdəmir, Şəmkir, Masazır, Xaçmaz, Lənkəran, Goranboy, Göyçay, Şirvan və Biləsuvarda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

“Yeni Sabah” xəbər verir ki, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və "Azəriqaz" İB tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir: pizza mizza

-Notariat fəaliyyəti;

-Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

-Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

-Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

-Əmək pensiyalarının təyin edilməsi;

-Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

-Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

-Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

-"Azəriqaz" İB tərəfindən göstərilən xidmətlər.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!