Səyyar gübrə satışı həyata keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Səyyar gübrə satışı həyata keçirildi

Rəsmi

11 Mart 2019 23:41 1093


İsmayıllı rayonunda fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

“Yeni Sabah” xəbər verir ki, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır. Şəki, Oğuz, Göyçay, Sabirabad, İsmayilli rayonlarının ardınca növbəti səyyar satış mart ayının 9-da Astara rayonunun Kijəbə qəsəbəsində baş tutub. 

Bu rayona yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlanıb. pizza

Səyyar satış zamanı qaydalar olduğu kimi qalır, yəni vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə ediblər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!