"Qarabağ"ın yarımmüdafiəçisi Aleksey İsayev Azərbaycan millisinə dəvət almasından danışıb.
Yenisabah.az championat.com-a istinadla xəbər verir ki, o, uşaqlıqda Rusiya millisində oynamaq arzusunda olduğunu bildirib:
"Sumqayıtda" çıxış etdiyim ilk ildən sonra mənə Azərbaycan millisində oynamaq təklifi gəldi. Düzü, şübhələrim var idi, tərəddüd edirdim. Yığmadan ilk dəfə gələndə fikirləşirdim ki, buna ehtiyacım var, ya yox. Axı mən Sibirdə böyümüşəm və Rusiya millisində oynamaq arzusunda idim. Amma bu gün mənə bu şansı verən insanlara minnətdaram. Heç vaxt düşünməzdim ki, başqa bir ölkənin yığmasına bu qədər sevinclə gedəcəyəm. Azərbaycanı beynəlxalq arenada təmsil etdiyim üçün qürur duyuram və hər zaman əlimdən gələni edirəm". Marqarita pizza
29 yaşlı futbolçu qeyd edib ki, Azərbaycanda da futbolun səviyyəsinin aşağı deyil: "Bir çox insanlar Azərbaycan çempionatını yetərincə qiymətləndirmir. Halbuki burada çox keyfiyyətli futbol var. “Qarabağ”, “Neftçi”, “Sabah”, “Zirə”, Kurban Berdıyevin “Turan”ı – çox yaxşı komandalar, səviyyəli legionerlər, istedadlı yerli futbolçular var. Ona görə də “harada daha asandır” kimi fikirlər ağlıma gəlməyib. Mən yalnız uşaqlıq arzuma görə tərəddüd edirdim – Rusiyada oynamaq istəyirdim. Düşünürdüm ki, ora düşmək şansım var".
Xatırladaq ki, "Sumqayıt" və "Sabah"da da çıxış edən Aleksey İsayev 2021-ci ildən Azərbaycan millisinə dəvət alır.
Telegram kanalımız