ABŞ-da karantin rejiminin tətbiq edildiyi Nyu-York və Los-Anceles kimi böyük şəhərlərdə təkcə koronavirus infeksiyası yox, kanalizasiya siçanları da təhlükə yaradır.
Yenisabah.az xəbər verir ki, NBC televiziyasına danışan gəmirici heyvan mütəxəssisi Bobbi Koriqn böyük şəhərlərdə əhalinin bu siçanların hücumuna məruz qala biləcəyini deyib: " Böyük şəhərlərdə kanalizasiya siçanları əvvəllər zibilxanalardan qidalanırdılar, indi isə kafe və restoranların fəaliyyəti dayandırılıb, əvvəlki kimi zibil çıxmır, nəticədə böyük və güclü siçanlar zəif və balaca siçanları yeməyə başlayıblar. İnsanlıq tarixində gördüyümüz müharibələrə bənzər bir müharibə də gəmiricilər arasında yaşanır. Necə ki, ordusu çox olanlar şəhərlərə hücum edib torpaq qazanmaq istəyirdi, indi də siçanlar eynisini edir. Siçan sürüləri şəhərin mərkəzinə doğru dağılır və qida axtarır".
Sözügedən problemlərin sadəcə ABŞ üçün keçərli olmadığını vurğulayan mütəxəssis oxşar hadisənin Taylandın paytaxtı Banqkokda da yaşandığını diqqətə çatdırıb: "Kanalizasiya siçanların instinktləri olduqca yüksəkdir. Siçanlar bir santimetrlik deşiklərdən belə keçmək bacarığına sahibdirlər. Onların binalarımıza, evlərimizə, restoranlarımıza girməyinə icazə vermərik. Əgər bu baş versə, 55 fərqli virusla mübarizə aparmağa məcbur qalarıq". Dördpendirli pizza
Qeyd edək ki, ABŞ Ağcaqanad, Qarışqa və Gəmiricilərə Nəzarət Agentliyinin kanalizasiya siçanlarına qarşı mübarizə apardığını açıqlayıb.
Sayad Həsənli
Telegram kanalımız