Sığorta şirkətindən böyük uğur - Mükafat təqim edildi

saytların hazırlanması

Evə çatdırılma

Sığorta şirkətindən böyük uğur - Mükafat təqim edildi

İqtisadiyyat

19 Fevral 2019 15:37 1008


Azərbaycan sığorta bazarında daim öz yenilikləri və yüksək inkişaf dinamikası ilə seçilən “Qala Sığorta” ASC “İlin Sığorta Şirkəti” nominasiyası üzrə ölkənin ən nüfuzlu biznes mükafatı sayılan “Uğur 2018” Milli Mükafatına layiq görülüb. 

“Yeni Sabah” xəbər verir ki, təqdimat mərasimdə çıxış edən “Qala Sığorta” şirkətinin İdarə Heyətinin sədri Fuad Allahverdiyev “Qala Sığorta” və “Qala Həyat Sığorta” şirkəti adından təşkilatçılara öz minnətdarlığını bildirib.

F.Allahverdiyev qeyd edib ki, belə bir mükafata layiq olmaq şirkətin fəaliyyət göstərdiyi sahədə əməkdaşların göstərdiyi peşəkar səylərin və onların əldə etdiyi nailiyyətlərin nəticəsidir: pizza sifarişi

“Qazandığımız uğurlar və ölkənin ən nüfuzlu biznes mükafatını almaq öz növbəsində “Qala Sığorta” olaraq üzərimizdə daha böyük məsuliyyət yaradır. Əminəm ki, “Qala Sığorta” komandası belə bir məsuliyyəti dərindən dərk edərək bu gözləntiləri doğruldaraq növbəti uğurlara imza atacaq: - deyə F.Allahverdiyev vurğulayıb.    

Qeyd edək ki, Azərbaycan sığorta bazarında geniş çeşidli məhsulları və çevik inkişafı ilə seçilən “Qala Sığorta” şirkəti 20 illik fəaliyyət tarixinə malikdir. Şirkət rebrendiq edərək 2015-ci ildən “Qala Sığorta” brendi altında yeni strategiya ilə fəaliyyətə başlayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!