Silahdaşları niyə Elçibəyin oğlunun toyuna çağrılmayıb? - “Kimi görmək istəyirsə, onu da çağırıb“

saytların hazırlanması

Evə çatdırılma

Silahdaşları niyə Elçibəyin oğlunun toyuna çağrılmayıb? - “Kimi görmək istəyirsə, onu da çağırıb“

Maraqlı

30 İyul 2021 13:02 2013


Bu gün mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevin toyudur.

Mərhum prezidentin oğlunun atasının silahdaşı olmuş şəxsləri toyuna çağırmaması müzakirələrə səbəb olub.

Elçibəyin ailəsinə yaxınlığı ilə seçilən Çingiz Özgür məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verərək onların toya çağırmamasının pandemiya ilə əlaqəli olduğunu deyib: Toyuqlu pizza

“Bəli, bu gün toydur. Toya, ümumiyyətlə,  Elçibəylə siyasi əlaqəsi olan heç kəs dəvət olunmayıb. Bu təbii ki, koronavirusla bağlıdır. Cəmi 150 nəfər iştirak edə bilər. Elçibəyin oğlunun həm ana, həm də ata tərəfi kifayət qədər geniş tayfadır. O cümlədən, Ərturqutun öz dostları və iş yoldaşları var. Bəzi qonaqları hətta tək-tək çağırmalı olublar. Hətta elə yaxın qohumlar var ki, onlara ailəvi dəvətnamə verə bilməyiblər. Ərturqut dəvətnamələrin hamısı özü yazıb, siyahını da o tərtib edib. Öz toyunda kimi görmək istəyibsə, onları dəvət edib, burada müzakirə olunası bir şey yoxdur. Siyasi sferadan kimisə çağırıb, başqaları dəvət olunmasaydı,  bəlkə də müzakirəyə yer qalardı, amma belə vəziyyətdə yox”. 

Qeyd ki, Ə.Əliyev hazırda Fövqəladə Hallar Nazirliyində işləyir. Onun  həyat yoldaşı Aytək Yusifli Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızıdır.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!